Accessibility links

Rusiya Iraqa qarşı sanksiyaların ləğvinə razı ola bilər - 2003-05-20


Rusiya BMT-nin İraqa qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı yeni qətnaməsi üzrə həftənin əvvəli razılığa gələ bilər. Bunu xarici işlər naziri İqor İvanov Ukrayna səfəri zamanı bildirib.

Xarici işlər naziri İqor İvanov İraq ətrafında diplomatik qarşıdurmanın yaxın zamanda aradan qalxa biləcəyinin mümkünlüyünü istisna etməmişdir. Birləşmiş Ştatlar İraqa qsrşı sanksiyların ləğvini nəzərdə tutan yeni qətnamə layihəsini səsverməyə qoymağa və BMT-nin neft əvəzinə ərzaq proqramının daha altı ay müddətə uzalıdılmasına çalışır. Qətnamə layihəsi Təhlükəsizik Şurasının iki daimi üzvü Rusiya və Fransanın ən çox əhəmiyyət verdiyi BMT-nin müharibədən sonrakı İraqda rolu məsələsi ilə bağlı təfərraüatları əhatə edir. Hər iki ölkə yeni qətnməyə dəyişikliklər edilməsini istəyir. Lakin İraq müharibəsi başalmazdan əvvəl qarşıdurmadan fərqli olaraq, Rusiya indi veto hüququndan istifadə edə biləcəyini demir. Moksvada rəsmi nümayəndələr yalnız qətnamə ilə bağlı ABŞ və Rusiya arasında müəyyən fikir ayrılıqlarının olduğundan danışırlar. Hələ hərbi əməiyyatlar gedən zaman Rusiya rəsmiləri fikir ayrılıqlarının ABŞ-Rusiya münasibətlərinə zərər vurmasını istəmədiklərini dəfələrlə bəyan etmişdilər. Kiyve universitetində çıxış edən cənab İvanov onu da bildirdi ki, Rusiya hökuməti fikir ayrlıqlarının beynəlxalq münasibətlər səviyyəsində qarşıdurmaya gətirib çıxara biləcəyinə inanmır. Bununla belə, İqor İvanov Rusiyanın müharibədən sonrakı İraqda Amerikanın dominant rol oynaması ilə razılaşmadığını bir daha dilə gətirmişdir. Birləşmiş Ştatlar dünya siyasətini müəyyən edən yeganə qütb deyil, bir çox qütblər var-deyə İqor İvanov əlavə etmişdir.

XS
SM
MD
LG