Accessibility links

Fələstinin baş naziri səfərini təxirə salıb - 2003-05-21


İsrail ordusunun Qəzza bölgəsinə daxil olduğuna görə Fələstinin baş naziri Mahmud Abbas oraya səfərini tə’xirə salıb. Sakinlərin dediyinə görə əsgərlər havaya atəş açmış və işçilərdən zavodları tərk etməyi tələb etmişlər. Cənab Mahmud Abbas Təhlükəsizlik naziri Məhəmməd Dahian ilə birlikdə İsrail əsgərlərinin Keçən həftə Qəzza bölgəsinin şimalındakı Beit Hanouna etdikləri hücumdan sonra vurulan ziyanların müəyyən edilməsi üçün oraya planlaşdırdıqları səfəri tə’xirə salmışlar. İsrail əsgərləri tərəfindən həyata keçirilən bu əməliyyatın səbəbi fələstinlilərin bu bölgədən İsrailə qarşı raket hücumları olub. Bu hücumların təşkilinə İslamçı Müqavimət Hərəkatı-Həmas terrorçu qrupunun başçılıq etdiyi deyilir. Fələstinin rəsmi nümayəndələri bildirirlər ki, bu gün İsrail qüvvələri Beit Hanoundan çıxarkən 5 yerli sakin öldürmüş, 15 evi dağıtmış, ağacları kökündən qoparmış, su və kanalizasiya sistemlərinə ziyan vurmuşlar. Xatırladaq ki, dünən prezident Bush Fələstinin baş naziri Mahmud Abbas və İsrailnin baş naziri Ariel Şaronla telefonla terrorizmə son qoyulması və Yaxın Şərqdə sülh prosesı məsələsini müzakirə etmişdi. Lakin Fələstinin səlahiyyətli nümayəndələri İsrail ordusunun mövcudluğunu sülh sə’ylərinə maneə adlandırırlar.

XS
SM
MD
LG