Accessibility links

Türk yazıçısı Orhan Pamuk ədəbiyyat üzrə yüksək mükafat aldı - 2003-05-21


Bu ilin ədəbiyyat üzrə ən yüksək mükafatlarından biri, Dublində 1996-cı ildə tə’sis edilmiş Beynəlxalq İMPAC ədəbi mükafatını türk yazıçısı Orhan Pamuk almışdır. Yazıçı “Mənim adım Qırmızıdır” kitabına görə bu mükafata layiq görülmüşdür. Münsiflər hey’ətinin çıxardığı nəticədə deyilir: Orxan Pamukun sənət əsəri olan “Mənim adım Qırmızıdır” kitabı üçüncü Sultan Murad dövründə Osmanlı imperiyasına bir pəncərə açaraq, Şərq və Qərb arasında münasibətlərin gərginliyini bizə içimizdən, nəfəsimizi dərə bilmədən yaşamaq imkanı verir. Bütün dövrlərə aid və vaxtında yazılmış bu bizans detektiv hekayətində indiyə qədər əhəmiyyətini itirməmiş orta əsrlərin həyatı təcəssüm etdirilir.

İstanbul, 1590-cı il. Böyük Sultan həyatı və imperiyasını tərrənnüm edəcək kitab yaratmaq üçün məmləkətin ən məşhur rəssamları və nəqqaşlarını bir yerə yığır. Amma məsələ burasındadır ki, o, sənət əsərlərinin Avropa üslubunda yaradılmasını istəyir. Bu isə dövrün islami dəyərlərinin əleyhinədir. Buna görə də sənətkarlara kimin sifarişini yerinə yetirdikləri deyilmir. Bu zaman rəssamlardan biri yox olur, onun hansı şəraitdə öldüyü, ya da qətlə yetirildiyi mə’lum deyil. Sultan üç gün ərzində cavab istəyir. Cavab bəlkə də yarımçıq qalmış rəsm əsərlərindədir. “Mənim adım Qırmızıdır” kitabı orta əsrlərə aid detektiv janrında yazılmışdır, sənət və məhəbbət dünyası haqda düşüncələri əks etdirir.

XS
SM
MD
LG