Accessibility links

Belçikada terror fəaliyyətlərilə məşğul olan qrupun üzvlərinin məhkəməsi başlayıb - 2003-05-22


Belçikada Avropada terror hücumları planlaşdırmaq və Əfqanıstanda hərbi komandir Əhməd şah Məs’udun qətlində əli olmaqda ittiham edilən 22 nəfərin məhkməsi başlayıb. Proses təhlükəsizlik tədbirlərinin güclndirildiyi bir şəraitdə keçir. Şübhələnilənlərin Birləşmiş Ştatlarda sentyabrın 11-i terror hadisələrinə görə məs’uliyyət daşıyan Əl-Qaidə terror şəbəkəsi əlaqədə olduqlarına inanılır. Qrupa qarşı saxta sənədlər daşımaq, partlayıcı maddələr hazırlamaq, cinayətkar qrupla əlaqədə olmaq və hərbi dəstələrə adam yığmaq ittihamalrı irəli sürülür. İttiham olunanalar arasında jurnalist kimi saxta Belçika pasportu ilə səyahət edən ikisi Əfqanıstanda hakimiyyətdən devrilmiş Taliban hökumətinə qarşı mübarizə aparan Şimal Alyansının komandiri Əhməd Şah Məs’udu qətlə yetirmişlər.

XS
SM
MD
LG