Accessibility links

Baş nazir Mahmud Abbas Həmas qrupunun liderlərilə görüşə hazırlaşır - 2003-05-22


İsrail bildirir ki, hərbi dəniz donanması dənizçiləri Qəzzə zolağındakı fələstinlilərə qaçaq silah aparan bir balıqçı qayığını ələ keçiriblər. Qayıqdakı Livanın Hizbullah qrupunun bir üzvününün həbs edildiyi bildirirlir. Bu arada, Fələstinin baş naziri Mahmud Abbas Həmas qrupunun liderləri ilə görüşə hazırlaşır. Fələstinlilərin rəsmi şəxsləri deyirlər ki, Həmas qrupu ilə bir il müddətinə atəşkəs haqqında bir müqavilə bağlamağı fikirləşirlər. Bu da qrupa İsrail ilə danışıqların aparmasına imkan yarada bilər. terrorçuğuğun əleyhinə olduğunu bildrirən baş Nazir Mahmud Abbas Birləşmiş Ştatların siyahısında terrorçu bir qrup kimi yer alan Həmasla qarşıdurmadansa, dialoqa üstünlük verdiyi ilə tanınır. Həmas qrupu keçən həftə İsraildə baş verən beş intihar hücumunun dördünün məsuliyyətini üzərinə götürüb. İsrailin xarici işlər naziri Silvan Şalom deyir ki, Mahmud Abbas Həmas və bu kimi qrupların terrorçuluğunun qarşısını almağa qadir olduğunu sübut etməlidir. Əks təqdirdə, o, İsrailin sülh prosesinə maneə adlandırdığı Yasir Arafata göstərilən münasibətlə qarşılaşa bilər.

XS
SM
MD
LG