Accessibility links

Şimali Koreya Vaşinqtona xəbərdarlıq edib - 2003-05-24


Şimali Koreya Birləşmiş Ştatlara nüvə silahları ilə bağlı qarşıdurmanın güc yolu ilə həllinə qalxarsa, hərbi cavabla üzləşəcəyi ilə bağlı xəbərdarlıq vermişdir. Bu gün dövlət orqanı olan Munci Joson qəzeti Amerikanın Şimali Koreyaya qarşı müharibəyə hazırlaşdığını yazmış, mübahisənin olduqca təhlükəli bir mərhələyə daxil olduğunu bildirmişdir. Dünən prezident Buş və Yaponiyanın baş naziri Koizumi görüşləri zamanı Şimali Koreya nüvə proqramlarından əl çəkməsə, ona qarşı beynəlxalq ölçülərə əl atılacağını demişdilər. Onlar bəşəriyyətin Şimali Koreyanın nüvə proqramına dözməyəcəyini vurğulamışdılar.

XS
SM
MD
LG