Accessibility links

Prezident Buş tənqidlərlə üzləşir - 2003-05-24


Birləşmiş Ştatların Demokrat Partiyasının üzvləri prezident Buşun terrorizmlə mübarizə cəhdlərini kəskin tənqid edirlər. Prezident Buşun tənqidçiləri 20024-cü il prezident seçkilərində iştirak edəcək rəqibləridir. Bu yaxınlarda CBS teleşirkəti ilə söhbəti zamanı Massaçusets ştatından senator Con Kerri demişdi ki, Buş idarəsi Əl-Qaidə və digər terrorçu qruplarla mübarizədə daha fəal iş aparmalıdır. Senator Kerri də 2004-cü il prezident seçkilərndə iştirak edəcək 9 demokratdan biridir.Demokratlar bu kəskin tənqidlərinə Səudiyyə Ərəbistanı və Mərakeşdə həyata keçirilən terror aksiyalarından sonra başlamışlar. Amerika və Səudiyyə Ərəbistanaının rəsmi nümayəndələri hadisələrdə Əl-Qaidənın əli olduğuna inanırlar. Səudiyyə Ərəbistanındakı hücumlardan sonra həftəlik radio müraciəti zamanı prezident Buş terrorizmlə mübarizəsini müdafiə etmişdi. Prezident demişdi ki, onun administarsiyası Əl-Qaidə və terror fondlarının dağıdılmasında mühüm nailiyyət əldə etmiş, İraqın kütləvi qırğın silarlarının terrorçuların əlinə keçməyəcəyini yəqinləşdirmişdir. Cənab Buş əlavə etmişdi ki, Səudiyyə Ərəbistanındakı hücum terrorimlə mübarizənin davam etdirildiyi deməkdir.Cənab Buşun terrorizm siyasəti konqresdəki respublikaçılar tərəfində də müdafiə edilir. Senatın Kəşfiyyat Komitəsinin direktoru, respublikaçı senator Pət Robert demişdir ki, demokratlar hər hücuma görə prezidenti günahlandırmamalıdırlar. Demokratların təqidlərinə baxmayaraq, amerikalıların əksəriyyəti prezidentin işindən razıdırlar.

XS
SM
MD
LG