Accessibility links

Yaxın Şərqə əlaqələndirici qrup göndəriləcək - 2003-05-24


Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell bildirib ki, Birləşmiş Ştatlar İsraillə Fələstinlilər arasında sülh fəaliyyətlərinə kömək məqsədilə Yaxın Şərqə kəşfiyyat və təhlükəsizlik mütəxəssisləri göndərə bilər. Cənab Pouell deyib ki, belə bir qrup “Yol Xəritəsi” adlı sülh planını həyata keçirmək üçün tərəflər arasında əlaqələndirici rol oynaya bilər. Dövlət Departamentinin bir nümayəndəsi həmin ABŞ mütəxəssislər qrupunun yeddi, yaxud da on nəfərdən ibarət olacağını və bir neçə gün ərzində regiona yola düşəcəyini bildirib. Həmin nümayəndə deyib ki, qrup müşahidə funksiyasını da yerinə yetirəcək.

XS
SM
MD
LG