Accessibility links

İsrail kabineti "Yol xəritəsi" planını təsdiq etdi - 2003-05-25


İsrailin nazirlər kabineti Birləşmiş Ştatların 2005-ci ildə Fələstin dövlətinin yaradılmasına çağıran “Yol xəritəsi” sülh planını 12 leyhinə, 7 əleyhinə və 4 bitərəf səslə təsdiq etmişdir. Beləliklə ilk dəfə olaraq İsrail hökuməti Fələstin dövlətinin yaradılması təşəbbüslərini dəstəkləmiş olur. Qəbul olunmuş bu qərar İsrailin müşahidəçiləri tərəfindən tarixi bir hadisə və baş nazir Ariel Şaronun şəxsi triumfu kimi qiymətləndirilir. Cümə günü Amerika hökumətinin "Yol xəritəsi" planı ilə bağlı İsrailin narahatlıqlarının nəzərə alınacağını bəyan etməsindən sonra İsrailin baş naziri Ariel Şaron planı şəxsən dəstəkləyəcəyini bildirmişdir. Səsvermədən əvvəl cənab Şaron İsrail qəzetlərindən birinə demişdir ki, indi məntəqənin iki dövlətə bölünmə vaxtı gəlib çatmışdır. O, həmçinin bu qərarın asan olmadığını bildirmişdir. Baş nazir Şaron demişdir ki, fələstinlilərlə son razılıq əldə edilməsi naminə İsrail İordan çayının qərb sahili və Qəzza bölgəsində yahudi məskunlaşmasına son qoyulması kimi bir sıra ağır güzəştlərə getməlidir.

XS
SM
MD
LG