Accessibility links

İsrail-Fələstin danışıqları davam edəcək - 2003-05-26


İsrail və Fələstin mənbələrinin dediyinə görə baş nazir Ariel Şaron çərşənbə axşamı həmkarı Mahmud Abbasla görüşə bilər. Bu iki lider arasında ikincı görüş olacaq və “Yol xəritəsi” sülh planının təsdiq edilməsindən sonra keçiriləcək. Fələstinin baş naziri Mahmud Abbasla danışıqlara hazırlaşan cənab Şaron “Yol xəritəsi" sülh planının həyata keçirilməsi üçün bütün sə’ylərdən istifadə edəcəyini deyib. Ariel Şaronun bu sözləri İsrailin nazirlər kabinetinin 2005-ci ildə Fələstin dövlətinin yaradılması planının təsdiqindən sonraya təsadüf edir. O, qərarın asan olmadığını və hələ də bə’zi şübhələrin mövcud olduğunu deyib. Eyni zamanda İsrailin bu planın həyata keçirilməsinə imkan verməli olduğunu bildirib.Eyni zamanda kabinet Fələstin qaçqınlarının Yahudi dövlətinə qayıtmalarına imkan verməyəcəyini də aydın şəkildə bildirimişdir. İsrailin xarici işlər naziri Silvan Şalom deyib ki, milyonlarla Fəslətin qaçqınının ölkəyə qayıtması İsrailin sonu deməkdir. Bu qərar Fələstin lideri Yasir Ərafat tərəfindən qəzəblə qarşılanmışdır. Cənab Ərafatın nümayəndəsi demişdir ki, İsrail planı şərtsiz qəbul edən fələstinlilərdən nümunə götürməlidir. Lakin bütün bu fikir ayrılıqlarına baxmayaraq baş nazirlər arasında daha bir görüş tərəflərin münasibətləri saxlamaq niyyətində olduqlarına işarədir.

XS
SM
MD
LG