Accessibility links

Yaponiyada güclü zəlzələ baş verib - 2003-05-26


Yaponiyanın şimal hissəsində baş vermiş güclü zəlzələ nəticəsində elektrik cərəyanın vrerilməsi kəsilib, rabitə və nəqliyyat xətləri pozulub. Bununla belə, dəyən zərərin böyük olmadığı və 30-dan çox adamın yüngül xəsarət aldığı deyilir. Bu adamların çoxu İvate və Miyaqidə zəlzələ nəticəsində baş vermiş torpaq sürüşməsi zamanı zədə almışdır. Miyaqidəki nüvə reaktoru avtomatik olaraq işini dayandırmışdır. Reaktora zədə dəyməyib. Titrəyişlərin baş verdiyi yerdə Rixter şkalası ilə 7 bal gücündə olan zəlzələnin episentri Sakit okeanının dibində olub və mütəxəssislər burada onun gücünün daha artıq olduğunu söyləyirlər. Qeyd edək ki, episentrdən 300 kilometr cənubda Tokioda da bə’zi binalar titrəyib.

XS
SM
MD
LG