Accessibility links

Ermənistanda parlament seçkilərində pozuntulara yol verilib - 2003-05-26


Qərb müşahidəçiləri bildirirlər ki, bazar günü Ermənistanda parlament seçkilərinin zorakılıq və səslərin saxtalaşdırılması şəraitində keçməsi Ermənistanın hələ də beynəlxalq seçki standartlarına cavab vermədiyini göstərib. Beynəlxalq müşahidə misisyasına başçılıq edən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleysası bildirirb ki, səsverməyə gələnlərin sayının azlığı Ermənistanın siyasi institutlarına seçici inamının olmamasına işarə edir. ATƏT-in yaydığı bəyanatda deyilir ki, parlament seçkiləri bu ilin mart ayındakı prezident seçkilərindən yaxşı keçirilsə də, bəzi əsas məqamlara görə beynəlxalq standartlara uyğun gəlməyib. ATƏT-in sənədində seçki nəticələrinin saxtalaşdırılması, müşahidəçilərə və seçicilərə təyziqlər, səsvermənin məxfiliyinin pozulması əsas problemlər kimi göstərilib. Seçkilər zamanı atışma və insan ölümü halları da müşahidə olunub. Atışma Ararat rayonundakı bir seçki məntəqəsinin yaxınlığında baş verib. Nəticədə məntəqə seçki komisiyasının sədri qətlə yetirilmiş, 4 nəfər yaralanmışdır. Maraqlıdır ki, Ararat regionunda atışma beynəlxalq müşahidə misiyasının seçki məntəqəsində olduğu vaxt baş verib. Hücumun seçkilərlə bağlı olması hələlik aydın deyil. ATƏT hadisənin istintaqının aparılmasını tələb edib. Parlamentə seçkilərin nəticələrinə gəldikdə isə səslərin 25 faizinin hesablanmasından sonra daxil olan qeyri rəsmi nəticələrə görə, prezident Köçəryanın tərəfində olan partiyalar irəlidə gedirlər. Mərkəzi seçki komisiyasının sədri bildirirb ki, prezidenti dəstəkləyən 3 böyük partiya ümümilikdə səslərin 53,3 faizini qazana bilib. Müxalifətdəki Ədalət seçki blokunun rəsmiləri isə bildirirblər ki, Koçaryanın tərəfədarları seçicilərə rüşvət vermiş, müxalifətin müşahidəçilərinə isə fiziki təyziqlər göstərmişlər. Müxalifət koalisiysının nümayəndəsi Vartan Qriqoryanın sözlərinə görə, onlar Köçaryanın razılığı ilə oyuncaq parlamentin yaradılması üçün hər yola əl atıblar. Bazar günü seçicilər Ermənistan Konstitusiyasına bir sıra dəyişikliklərin edilməsinə münasibət bildiriblər. Bu nəticələr barədə isə hələlik məlumat yoxdur.

XS
SM
MD
LG