Accessibility links

Moldovada kommunistlət qələbə çalırlar - 2003-05-26


Bazar günü Moldovada keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə prezident Valdimir Voroninin hakim kommunist partiyasının hakimiyyəti möhkəmlənmişdir. Mərkəzi Seçki Komissiyasının sədri Dmitri Nidelku bu gün Kişinyovda müxbirlərə deyib ki, kommunistlər səslərin 46 faizini əldə ediblər. Səslərin çoxluğuna görə ikinci yerdə 23 faiz səs əldə edən müxalif sosial-liberal “Bizim Moldova” partiyası yer almışdır. Xristian Demokrat Xalq partiyası isə 12 faiz səs toplamışdır. Seçkilərin yekun nəticələri sabah açıqlanacaq.

XS
SM
MD
LG