Accessibility links

İsrail və Fələstinin baş nazirləri görüşəcək - 2003-05-28


Diplomatik danışıqların və bir sıra yüksək səviyyəli görüşlərin nəticəsində Yaxın Şərqdə Beynəlxalq sülh planının hayata keçəcəyi reallaşır. İsrailin baş naziri Ariel Şaronun həmkarı Fələstinin baş naziri Mahmud Abbasla görüşməsi sülh danışıqlarının başlanğıcıdır. Fələstinin baş naziri Mahmud Abbasın dediyinə görə danışıqlar gələn həftə Qüdsdə başlanmalıdır. Siyası mənbələrdən alınan mə’lumatlarda Mahmud Abbasla Fələstin prezidenti Yasir Ərafat arasındakı tə’sir dairəsi uğrunda mübarizəyə görə bu danışıqların harada və nə vaxt keçiriləcəyi barədə anlaşılmazlıq mövcud idi. Yasir Ərafat yə’qin ki, öz hakimiyyətini yeni baş nazirlə bölüşdürmək istəmir, Birləşmiş Ştatlar və İsrailin ancaq Mahmud Abbasla danışıqlar aparılması təklifinə müqavimət göstərirdi. Fələstin mənbələrindən mə’lum olduğu kimi prezident Yasir Ərafat İsrailə, Birləşmiş Ştatlara, eləcə də Mahmud Abbasın özünə bildirmək istəyirdi ki, hər bir sülh danışığında onun özü qərar qəbul etməlidir. Şaron-Abbas görüşü prezident Buşun iştirakı ilə Fələstin-İsrail baş nazirlərinin zirvə toplantısı keçirməsinə imkan yaradacaq. Bu zirvə toplantısının Qırmızı dənizin sahilində, İordaniyanın Aqaba limanında keçiriləcəyi planlaşdırılır.

XS
SM
MD
LG