Accessibility links

Amnesti İnternational-Azərbaycanda insan hüquqları - 2003-05-28


Mərkəzi qərargahı Londonda yerləşən Amnesty International (Beynəlxalq Amnistiya) hüquq müdafiə təşkilatı 2002-ci il üçün hesabatını açıqlayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir: Azərbaycanda oktyabr ayında keçirilməsi gözlənilən prezident seçkiləri yaxınlaşdıqca Prezident Əliyevin yaşı və sağlamlığına dair məsələlərə görə hakimiyyətin prezidentin əlində cəmləşməsi və hakimiyyət dəyişikliyi ilə bağlı narahatlıqları daha da dərinləşdirib. 2002-ci ilin avqustunda keçirilən referendumda Konstitusiyaya çoxsaylı düzəlişlər edilib. Hakimiyyət dairələri dəyişikliklərə səs almaq üçün seçicilərə təzyiq göstərib. Seçki sisteminə düzəlişlər Əliyevin hakimiyyəti oğluna verməsi barədə iddiaları daha da gücləndirib. İnformasiya vasitələrinin azadlığı pozulmaqda davam edib. Hakimiyyət müstəqil mətbuata qarşı təzyiqin müxtəlif formalarından, o cumlədən jurnalistlərin hədələnməsindən, televisiya və qəzetlərin bağlanması ilə nəticələnmiş cərimələrdən istifadə edib. Hesabatda bildirilir ki, ötən il hüquq-mühafizə orqanları əməkdaşları nümayişçilərə qarşı həddən artıq güc tətbiq edib. Nəticədə etiraz iştirakçılarından biri həlak olub, həbs olunanlarla pis davranılıb. Nümayişçilərə qarşı həddən artıq güc tətbiq edilməsilə bağlı çoxsaylı məlumatlar var. Həmin nümayişləri müxalifət partiyaları təşkil edib. İyunun 3-də Naradaran qəsəbəsində nümayiş zamanı etiraz aksiyasının iştirakçılarından biri Əlihəsən Ağayev polis tərəfindən güllələnib. Yerli sakinlər bir neçə ildir ki, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını tələb edir. 3 iyun nümayişi kəndin polislər tərəfindən qəfil mühasirəsinə və yeddi kənd ağsaqqalının həbsinə reaksiya kimi üzə çıxıb. Nardaran polisi yaralıların normal müalicə almasına imkan verməyib. Xəstəxanada həbs olunan bir sıra Nardaran sakininə işgəncə verilib, yaralananlar və onlarla xəstəxanaya gedənlər döyülüb və həbs edilib. Dizindən güllə yarası alan Rasim Əlizadə və Mirzağa Mövlamov xəstəxanada müalicə olduqları zaman polislər tərəfindən həbs edilib, işkəncəyə məruz qalmışlar. 2001-ci ilin Mayın 13-də Səbayel rayon 9 saylı polis bölməsində müəmmalı şəkildə həlak olmuş İlqar Cavadovun işi üzrə məhkəmə hələ də başa çatmayıb. Bu işdə polis bölməsinin növbətçi zabiti günahkar qismində keçir. Lakin 2002-ci ilin fevralın 26-da İlqar Cavadovun ailə üzvləri və vəkili cinayət işi ilə bağlı mətbuat konfransı keçirdikləri gün bu işlə bağlı daha 3 polis zabitinə qarşı ittihamlar geri götürülmüşdür. Beynəlxalq Aminsitayanın hesabatında Azərbaycandakı siyasi məhbusların vəziyyəti ilə də bağlı məlumat verilir. Sənəddə deyilir: Avropa Şurasına üzv qəbul olunarkən Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biri siyasi məhbusların azad edilməsi, yaxud da onların işinə yenidən baxılması olub. Yanvarda AŞPA 11 siyasi məhbusun azad olunmasını tələb edib. AŞPA Əlikram Hümbətov, İsgəndər Həmidov və Rəhim Qazıyevə xüsusi diqqət yetirib. Lakin, bu üç məhbus azad olunmayıb. Məlumatlara görə, məhkəmə işlərinə təkrar baxılması isə ədalətli məhkəmə araşdırması beynəlxalq standartlarına uyğun gəlməyib. Məsələn, Qobustanda ciddi rejimli həbsxanada saxlanılan İskəndər Həmidovun vəkilləri onunla görüşə bilmədikləri barədə şikayət ediblər. Avropa Şurasının Parlament Assambelyası verdiyi bəyanatında Azərbaycanda qətnamədə adları çəkilən siyasi məhbusların azad edilməməsi faktından dərindən narahat olduğunu bildirmişdir.

XS
SM
MD
LG