Accessibility links

İranda insan hüquqları əsaslı şəkildə pozulur - 2003-05-28


Amnesti İnternational İranda 2002-ci ildə insan hüquqlarının pozulması hadisələri barədə illik hesabatını buraxıb. Hesabatda İranda adamların siyasi səbəblərə görə həbs edildikləri, məhkəmə olunmadan uzun müddət həbsdə saxlandıqları, işkəncədən istifadə edildiyi bildirilir.

Amnesti İnternationalın hesabatında yazılılır ki, 2002-ci ildə İranda vicdan əsirləri də daxil çoxlu adam siyasi fikirlərinə görə həbs edilib və onlara ədalətsiz şəkildə keçirilmiş məhkəmələrdə uzun müddətli həbs cəzası verilib. Onların bəziləri vəkilləri, hətda ailələri ilə görüşə bilmirlər. İranın ədliyyə sistemi söz azadlığı və yığıncaq keçirmə azadlığını məhdudlaşdırmağa davam edir. Buna görə də çoxlu tələbə, jurnalist və ziyalı həbs edilir. 2002-ci ildə İranda uzun müddətdən bəri siyasi fikirlərinə görə məhkum olunanlar da daxil 113 adam edam edilib. Edamların bəziləri xalq qarşısında və daşa basma yoluyla həyata keçirilib.

Amnesti İnternationalın hesabatında qeyd olunur ki, İranda həmin ildə sosial və siyasi gərginliyin artması insan hüquqlarına da mənfi təsir göstərib. Sosial islahatların keçirilməsini himayə edən Prezident Xatəminin tərəfdarları və parlamentdəki əksəriyyətlə Dini rəhbər Ayətullah Əli Xameney, ədliyyə və təhlükəsizlik nümayəndələri arasındakı siyasi rəqabət daha da qızışıb. İşsizlik nisbətinin yüksək olmasından da narahatlığını bildirən cavan nəsil indi daha geniş sosial azadlıqlar tələb edir. Haşimi Ağacarinin edama məkum edilməsindən sonra Oktyabr ayında tələbələr geniş miqyaslı nümayişlər keçirdilər və ədliyyə orqanları sosial və siyasi təngidləri, söz və yığınçaq keçirmək azadlıqlarını məhdudlaşdırmq üçün geniş tədbirlərə əl atdı. Əsassız həbsə almaları tələbələrin, yazıçıların, alimlərin, parlament üzvlərinin və tanınmış islahat tərəfdarlarının təqib və təzyiqlərə məruz qalmaları təqib edib. İslahat tərəfdarı nəşriyatlar əsassız səbəblərə görə bağlanıb, ədalətsiz məhkəmələr, televiziyada göstərilən “etiraflar” keçən il də davam edib. İranın ədliyyə sistemində edam cəzası və şallaqdan keçən ildə istifadə edilib.

Amnesti İnternationalın hesabatında bildirilir ki, əsassıs səbəblərə görə həbs edilənlər haqqında siyasi məqsədli uydurma ittihamlar irəli sürülür, məhkəmələr ədalətli məhkəmə keçirilməsi barədə beynəlxalq standartlara uyğun gəlmir və tez tez bağlı qapılar arxasında keçirilir. Noyabr – Yanvar ayları arasında bəzi tələbələr qaçırdılaraq həbs edilmiş, günlərlə onlardan xəbər alınmamışdır. Əli Əfşari kimi həbs müddəti qurtarmış bəzi tələbələri həbsdə saxlamaq üçün onlar haqqında əlavə ittihamlar irəli sürülmüşdür. Milli Məzhəbi adlı dini təşkilatla əlagəsi olan 30-a qədər vicdan məhkumunun məhkəməsinə Yanvar ayında yenidən başlanıb, onlar haqqında “Dövlətin Təhlükəsizliyinə Zərər Vermək”, “ “Tələbələrin Dini İnamını zəiflətmək”, “ Qeyri-qanuni yollarla hökumət çevrilişinə təşəbbüs” kimi aydın olmayan ittihamlar irəli sürülüb.

Amnesti İnternationalın hesabatında deyilir ki, vəkillərin isə müttəhimləri təmsil etmələri çətindir. Müdafiyə vəkillərindən biri iddiaları oxumadan vəzifəsini yerinə yetirə bilməyəcəyini bildirərək müvəkkilini təmsildən imtina edib. Bildirildiyinə görə vəkil Məhəmməd Əli Dadxahın məhkəmədə iştirakı qadağan edilib və sonra da ona beş il iş verilib. Xüsusilə İnsan Hüquqları fəallarını təmsil edən vəkillər təzyiqlərə və hədələrə məruz qalıblar. Avqust ayında altı vəkil “yalan məlumat yaymaq” kimi əsassız ittihamla məhkəməyə cəlbedilib və onlara vəkil olaraq işləmərinə manə olacaq şəkildə həbs cazaları verilib ancaq həmin cəzalar təxirə salınıb.

2002-ci il ərzində İranda bir neçə məhkum isə müvəqqəti və şərtli olaraq azadlığa buraxılıb.

XS
SM
MD
LG