Accessibility links

Corc Buş: Amerikanın müttəfirlərinin yardımına ehtiyacı var - 2003-05-31


Bu gün həftəlik radio müraciəti zamanı prezident Buş Amerikanın terrorizm, xəstəliklər, habelə açlıqla mübarizədə müttəfiqlərinin yardımına ehtiyac duyduğunu bildirib. Prezident deyib ki, terrorçuluqla mübarizədə hərbi qüvvələr ən son variant olaraq qalır. Amerika prezidenti dünya ölkələrini terrorçulara mümbit şərait yaradan ümidsizlik və hiddətə son qoyulmasında birliyə çağırıb. Prezident Buş deyib ki, Birləşmiş Ştatların QİÇS və açlığa son qoyulması, inkişaf etdirilən layihələrə iqtisadi yardım göstərilməsi, sülh və azadlığın inkişafı üçün müttəfiqləri və dostlarının yardımı və ağıllı məsləhətlərinə ehtiyacı var.

XS
SM
MD
LG