Accessibility links

Iran Amerikaya xəbərdarlıq edir - 2003-06-04


Bu gün İranın Ali ruhani rəhbəri Birləşmiş Ştatların hədələrini qınayaraq, İslam Respublikasına hər bir hücumu intihar hücumu adlandırmışdır. İran İslam Cumhuriyyətinin banisi Ayatolla Ruhulla Xomeyninin vəfatının 14-cü ildönümü münasibəti ilə on minlərlə iranlı qarşısında Ayatolla Əli Xameneyi xəbərdarlıqla çıxış etmişdir. Ali Ruhani rəhbər Ayatolla Xomeyninin Tehrandakı məzarı ətrafında toplaşanlara demşdir ki, İrana qarşı hər bir hücum təcavüzkarın intiharı deməkdir. Ayatolla Xameneyi İran liderlərinin ölkəni müharibəyə sürükləmək niyyətində olmadığını, lakin İran xalqının var gücü ilə ölkəni hər bir təcavüzdən müdafiə edəcəyini bildirmişdir. Ayatolla Xamenyinin çxışı sürəkli alqışlarla qarşılanmışdır. Mərasimə toplaşanların liderləri naminə canlarından keçəcəyi, “Amerika və İsrailə ölüm” şüarları səslənmişdir. Son vaxtlar İran və Amerika arasında gərginlik daha da artmışdır. Amerikanın rəsmi nümayəndələri İranı müharibədən sonra İraqdakı məsələlərə müdaxilə etməkdə, Əl-Qaidə üzvlərinə sığınacaq verməkdə və gizli nüvə silahları proqramına malik olmaqda günahlandırır. İran isə uranla zəngin Natanz nüvə sahəsinin yalnız sülh mahiyyəti daşıdığında israr edir.

XS
SM
MD
LG