Accessibility links

Mozdokda intihar hücumu həyata keçirilib - 2003-06-05


Şimali Osetiyanın Mozdok şəhəri yaxınlığında intiharçı bir qadının avtobusu partlatması nəticəsində 18 adam həlak olmuş, 12 nəfər yaralanmışdır. Yaralananların üçünün vəziyyəti ağırdır. Rusiyanın Müdafiə Naziri Sergey İvanov əməliyyatı təhqiq etmək üçün Mozdoka xüsusi komissiya göndərildiyini bildirib. Hələlik heç kim bu hücumun məsuliyyətini üzərinə götürməyib. Daxili işlər və müdafiə nazirliklərinin mənbələrinə istinad edən Rusiya xəbər agentlikləri bildirirlər ki, partlayış hərbi hava qüvvələrinin pilotları və mülki vətəndaşları daşıyan avtobus Mozdok şəhəri yaxınlığındakı dəmiryol keçid məntəqəsinə yaxınlaşarkən sürətini azaltdığı zaman baş vermişdir. Mə’lumatlarda habelə deyilir ki, avtobus hərbi qulluqçular və mülki vətəndaşları hərbi hava bazasına apararkən dəmiryol keçid məntəqəsində dayanmış və intiharçı qadın avtobusa minib bədəninə bağladığı bombanı partlatmışdır. On ildən bəri Çeçen separatistlərilə mübarizə aparan Rusiya hərbi qüvvələrinin baş qərargahı Mozdokda yerləşir. Keçən ay Çeçenstanda baş verən iki intihar hücumu nəticəsində təxminən 80 adam həlak olmuşdu. Prezident Putin mart ayında əsas qanunla bağlı referendum keçirildiyi vaxtdan reqionda həyat normal vəziyyətə qayıdıb.

XS
SM
MD
LG