Accessibility links

BAEA İrana yoxlanış qrupunun göndərildiyini təsdiq edib - 2003-06-07


Beynəlxalq Atom Enerji Agentliyi İranda nüvə sahələrinin təftişi məqsədi ilə Tehrana yoxlanış qrupunun göndərildiyini təsdiq edib. Beynəlxalq Atom Enerji Agentliyinin nümayəndəsi Mark Qvozdeski deyir ki, ekspertlərdən ibarət bu qrup qanuni razılığa əsasən nüvə sahələrinin anbarlarında yoxlanış aparacaqlar. Bu, İranda normal yoxlanış aparan bir çox qruplardan biridir. Fevrala qədər yoxlanış qpupları oraya müntəzəm şəkildə gedə bilirdi. Fevral ayından sonra İran yeni nüvə sahələrı haqda mə’lumat verdikdən sonra oraya yenidən yoxlanış qrupu gedəcək. Fevralın sonunda Tehran Beynəlxalq Atom Enerji Agentliyi ilə zənginləşdirilmiş uran təsisatları haqda təfərrüat və ilkin mə’lumatlar və’di ilə razılıq imzalmaışdı. Beynəlxalq Atom Enerji Agentliyi bildirir ki, İran ötən sentyabr ayında gələn 20 il ərzində atom enerji stansiyaları və yanacaq zavodları inşa edəcəyini bildirmişdir. Tehran bundan əlavə nüvə fəaliyyətinin yalnız sülh məsqədi daşıdığında israr edir. İranın nüvə proqramı haqda hesabat iyun ayının 16-da Beynəlxalq Atom Enerji Agentliyinin idarə hey’ətinə təqdim edilməlidir. Hesabatda İranın nüvə materialları və zənginləşdirilmiş uran sistemi haqda lazımi mə’lumat vermədiyi bildirilir. Dünən Birləşmiş Ştatlar agentliyin bu hesabatını “dərin narahatlıq” və regionun sabitliyinə hədə adlandırmışdır.

XS
SM
MD
LG