Accessibility links

Liberiyada qızğın döyüşlər gedir - 2003-06-09


Qərbi Afrika ölkələri vasitəçiləri prezident Çarlz Teylor və rəqib döyüşçülər arasında atəşkəs yollarının müzakirəsi məqsədi ilə Liberiyanın paytaxtı Monroviaya yola düşürlər. Bu vasitəçilik missiyası fransız qüvvələrinin xarici vətəndaşları ölkə paytaxtından təxliyyə etdikləri bir vaxta təsadüf edir. Qızğın döyüşlər səbəbi ilə şəhərin minlərlə sakini evlərini təkr etməli olub. Dünən Liberiyanın rəqib Barışıq və Demokratiya qrupu prezident Teylorun 3 gün ərzində iste’fa verməsini tələb etmiş, əks təqdirdə yeni hücumlarla üzləşəcəyini bildirmişdi.

XS
SM
MD
LG