Accessibility links

Çexiyada Avropa Birliyinə daxil olmaq üçün referendum keçirilir - 2003-06-13


Çex respublikası Avropa Bilriyinə qəbul olunmaq üçün müqaviləyə aprel ayında imza atıb, lakin quruma üzvlük seçicilərin səsverməsindən sonra rəsmən tanınır. İctimai rə’y sorğuları göstərir ki, hər dörd seçicidən üçü Avropa Birliyinə qoşulmaq tərəfdarıdır. Keçmiş prezident Vaslav Havel də daxil olmaqla, birliyə qoşulmaq tərəfdarları bununla 10 milyon əhalisi olan Çexiyada həyat səviyyəsinin yaxşlacağını deyirlər. Lakin opponentlərin fikrincə, sovet rejimini dominantlığından sonra indi Çexiya bu beynəxalq qurumda Almaniya və Fransa kimi böyük dövlətlərin kölgəsində qala bilər.

XS
SM
MD
LG