Accessibility links

İsrail: terror hücumlarına son qoyulmayana qədər sülh mümkün deyil - 2003-06-16


Fələstin muxtariyyəti İsrail əleyhinə hücumlar həyata keçirən yaraqlı qrupları tə’qib etməyənə qədər Fələstinlilərlə sülh sazişi əldə oluna bilməz. Bunu İsrailin baş naziri Ariyel Şaron bəyan edib. Bu gün İsrail parlamentinin xüsusi yığıncağında çıxış edən cənab Şaron bildirib ki, İsrailə qarşı hücumlar sona çatıdılmayana qədər İsrail fələstinlilərin Həmas qrupuna qarşı əməliyyatları davam etdirəcək. Baş nazirin açıqlmaları Qəzzada Misirli vasitəçilərin Fələstinin yaraqlı qrupları ilə sülh danışlqarını davam etdirdikləri vaxta təsadüf edir. Danışıqlarda tərəqqinin əldə edilmədiyi xəbər verilir. Bununla belə, günün sonu Qəzzaya səfər etmiş Fələstinin baş naziri Mahmud Abbasın bə’zi fələstinli qruplarla danışıqlar aparacağı nəzərdə tutulur.

XS
SM
MD
LG