Accessibility links

Senatın komitəsi administrasiyanın İraqla bağlı kəşfiyyat mə’lumatlarını təhqiq edir - 2003-06-19


Prezident Buşun Səddam Hüseyndən gələn təhlükəni şişirtdiyi ilə bağlı qızğın müzakilərin getdiyi vaxt Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası və Senatının kəşfiyyat komitəsi administrasiyanın müharibədən əvvəl İraqla bağlı kəşfiyyat mə’lumatlarından necə istifadə etməsi haqda qapalı dinləmələri davam etdirir. Komitə Birləşmiş Ştatların başçılğı ilə İraqa qarşı hücuma başlamaq üçün administrasiyanın gətirdiyi dəlilləri təhqiq edir. Dinləmələr zamanı ekspertlər kəşfiyyatın İraqın bioloji, kimyəvi və nüvə silahı ehtiyatları haqda ifadələr verirlər. Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat agentliyi komitəni məsələ ilə əlaqədar çoxsaylı sənədlə tə’min edib.

XS
SM
MD
LG