Accessibility links

Fransadakı İranın  müxalifət qrupuna təyziqlərə olan etiraz aksiyaları davam edir. - 2003-06-20


Fransadakı İranın müxalifət qrupuna təyziqlərə olan etiraz aksiyaları davam edir. Londonda Fransanın səfirliyi qarşısında bir kişi özünü yandırıb. Polis bildirir ki, həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu insident Avropanın digər paytaxtlarında baş vermiş özünüyandırma cəhdlərinin davamıdır. Londonda nümayişçilər bu həftə Fransada İranın Xalq Mücahidləri qrupuna üzv olan 160 yaxın mühacirin həbsinə etiraz ediblər. Bu təşkilat İran hökümətinə müxalifdir. Birləşmiş Ştatlar və Avropa Birliyi bu qrupu terroçu təşkilat kimi tanıyıb. Fransanın rəsmi şəxsləri bildirirlər ki, qrup İranın Avropadakı diplomatik nümayəndəliklərinə qarşı hücumlar planlaşdırırdı.

XS
SM
MD
LG