Accessibility links

Həmas yaraqlı qrupunun üzvü öldürülüb - 2003-06-22


İsrailin sərhəd polisinin terrorla mübarizə dəstələri İordan çayının qərb sahilindəki Hebron şəhərində Həmas yaraqlı qrupunun nümayəndəsi Abdulla Qavasmeni həbs etmək üçün gecə reyd keçirmişlər. Lakin göstərilən müqavimət zamanı Qavasme öldürülmüşdür. İsrail ordusunun nümayəndələri deyirlər ki, Qavasme silahlı idi və qaçmağa çalışırdı. İsrail ordusunun rəsmi nümayəddələri keçirilən əməliyyat barədə ətraflı mə’lumat vermirlər, lakin İsrail radiosunun istinad etdiyi mənbələrə əsasən bildirilir ki, bu reyd əvvəlcədən hazırlanmış sui-qəsd məqsədi daşımırdı. Fələstinli şahidlər isə deyirlər ki, İsrail ordusu Qavasmeni həbs etməyə cəhd göstərməmiş, onlar sadəcə olaraq, atəş açıb onu öldürmüşlər. Fələstin rəsmiləri İsraili hələ də israillilərə hücumlarını davam edən Həmas qrupunun üzvləri ilə sülh danışıqlarını pozmaqda günahlandırırlar. Abdulla Qavasme intihar bomba partlayışlarından tutmuş, yollardapusquların təşkil olunmasına qədərbirbaşa mə’suliyyət daşıyırdı. Bu hücumlar 40 nəfərin ölümünə səbəb olmuşdur. İsrail rəsmilərinin bildirdiyinə görə, Qavasme Qüdsdə 17 adamın ölümü və 100 adamın yaralanması ilə nəticələnən sərnişin avtobusunun partlayışını təşkil etmişdi. Qavasmenin özünə məxsus olan futbol klubunun üzvlərini intihar hücumlarına cəlb etdiyi deyilir. Eyni zamanda Birləşmiş Ştatlar, Abropa Birliyi, BMT və Rusiya Yaxın Şərqdə Yol Xəritəsi sülh planını müzakirə etmək üçün bu gün İordaniyada gorüşürlər. Bu plan hər iki tərəfi 2005-ci ildə Fələstin dövlətinin yaradılması üçün mühüm addımlar atmağa çağırır. Şənbə günü Hebronada zorakılığın baş verməsinə baxmayaraq, İsrailin və Fələstinin rəsmi nümayəndələrinin Qəzza zolağında təhlükəsizliyin tə’min olunması məsələsinin fələstinlilərə həvalə olunması haqda razılığa yaxın olduqları bildirilir. Bu plana görə, İsrail ordusu Qəzza zolağının bir çox yerlərindən çəkilməlidir və Fələstin İdarəsi orada fələstinli yaraqlı qruplara qarşı əməliyyatların mə’suliyyətini öz üzərinə götürməlidir.

XS
SM
MD
LG