Accessibility links

Kiprdə üç iranlı həbs edilib - 2003-06-23


Kiprdə ötən həftə müxalif “Xaql Mücahidləri” qrupunun üzvlərinin həbsinə e’tiraz məqsədi ilə özlərini yandıracaqlarını deyən 3 iranlı həbs edilib. Həbslər Fransanın Nikosiyadakı səfirliyi qarşısında 2 saat davam edən qarşıdurmadan sonra edilib. Şəhərdə yanğınsöndürən və tə’cili yardım maşınları hazır vəziyyətdə dayanmışdı. Polisin e’tirazçılara yaxınlaşması ilə onlar tezalışan maye və alışqanlarla özlərini yandıracaqları ilə hədələmişdilər.

XS
SM
MD
LG