Accessibility links

İraqda daha bir neft borusu partlayıb - 2003-06-23


İraqın Suriya ilə sərhəddi yaxınlığında baş vermiş partlayış daha bir neft borusunu sıradan çıxarıb. Bunu bildirən İraqın neft nazirliyinin rəsmisi son partlayışla bağlı təfərrüatları açıqlamayıb. Şənbə günündən bəri baş vermiş bu ikinci patlayış haqda mə’lumatı hələlik təsdiqləməyən Birləşmiş Ştatların rəsmiləri Bağdaddan qərbdə əsas neft borusunun partlayışını təhqiq edirlər. Bu arada, ABŞ-ın İraqda mülki idarəsinin nümayəndəlsi Valter Slokomb ölkənin yeni ordusu üçün adamların cəlb olunmasına başlanıldığını bildirib. Səddam Hüseynin buraxılmış ordusu əvəzinə yarddılacaq yeni diviziyada gələn ilə qədər 12 min əsgərin, üç il ərzində isə 40 min əsgərin olacağı nəzərdə tutulur.

XS
SM
MD
LG