Accessibility links

Həmasla əlaqədə olanlar həbs edilib - 2003-06-24


İsrail ordusunun bildirdiyinə görə İordan çayının qərb sahilindəki reyd zamanı 150 fələstinli fəal nəzarət altına alınıb. Hebronda 130, Nablusda isə nəzarət altına alınan 20 nəfərin Həmas qrupu ilə əlaqəsi olduğundan şübhələnilir. Bu reyd Fələstinin baş naziri Mahmud Abbasın yaralı qrupların atəşkəsi qəbul edib-etməyəcəyi haqda cavab gözlədiyi bir vaxta təsadüf edir. Eyni zamanda, İsrailin Hayfa şəhər məhkəməsi bu gün 5 İsrail ərəbinə qarşı Həmas qrupuna milyonlarla dollar məbləğində qeyri-qanuni pul köçürdükləri ilə bağlı ittiham irəli sürüb.

XS
SM
MD
LG