Accessibility links

Şimali Koreya BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib - 2003-06-29


Şimali Koreya BMT-nin Təhlükəszlik Şurasına müraciət edərək, Birləşmiş Ştatların Pxenyanın nüvə proqramı ilə bağlı müzakirələr tələbinin rədd edilməsini istəyib. Təhlükəszlik Şurasına yazılı müraciətdə deyilir ki, Vaşinqton Şimali Koreyaya səfər edən bütün gəmi və təyyarələrin yoxlanışına beynəlxalq dəstək əldə etməyə çalışır. Təhlükəsizlik Şurası bu ilin əvvəlində Şimali Koreyanın nüvə proqramı məsələsini müzakirəyə qoysa da, heç bir addım atmamışdı. Şimali Koreyanın xarici işlər naziri Pxenyan hökumətinin nüvə proqramının yaratdığı diplomatik böhranın həlli məqsədi ilə tək, üç və çoxtərəfli müzakirələrə hazır olduğunu demişdir.

XS
SM
MD
LG