Accessibility links

ABŞ ordusu Bağdaddan şimalda genişmiqyaslı hərbi əməliyyat keçirib - 2003-06-29


Birləşmiş Ştatların hərbi qüvvələri təyyarələr və zirehli maşınların müşayətilə Bağdaddan şimaldakı ərazilərdə genişmiqyaslı əməliyyat həyata keçirmişlər. Birləşmiş Ştatlar ordusunun 4-cü piyada diviziyasının iştirak etdiyi əməliyyat İraq dissidentlərinin koalisiya qüvvələrinə qarşı hücumlarına son qoymaq məqsədilə aparılır. ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir ki, Səddam Hüseynin hakimyyətdən salınmış Bə’əs partiyasının 60-a yaxın üzvü əməliyyatın ilk saatlarında həbs edilmişdir. Bu gün səhər Bağdadda həyata keçirilmiş hücum zamanı bir iraq vətəndaşının və iki Amerika əsgərinin qətlə yetirildiyi xəbər verilir.

XS
SM
MD
LG