Accessibility links

Britaniya: Təhlükəsizlik Əfqanıstanda ən vacib məsələdir - 2003-06-30


Britaniyanın xarici işlər naziri Cek Strou Taliban rejimi devriləndən sonra Əfqanıstanda müsbət dəyişikliklərin baş verdiyini deyib. Bununla belə, cənab Strou ölkədə təhlükəsizliklə bağlı problemlərin hələ də mövcud olduğunu qeyd edib. Kabildə Əfqanıstanın xarici işlər naziri Abdulla ilə görüşdən sonra müxbirlərlə danışan Cek Strou Britaniyanın Əfqansıtanda təhslükəsizliyin bərqərar olmasına yardım etmək işinə sadiq olduğunu deyib, lakin bildirib ki, əfran xalqı ölkədə sülhə görə özü məs’uliyyət daşımalıdır. Britaniyanın xarici işlər naziri Əfqanıstana iki günlük səfəri zamanı prezident Həmid Karzayla görüşəcək.

XS
SM
MD
LG