Accessibility links

Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb - 2003-06-30


Əlcəzair paytaxtından qərbdə hərbi təyyarə qəzaya uğrayaraq yaşayış binasını dağıtmış, hadisə nəticəsində 17 adam həlak olmuşdur. Şahidlər və xilasetmə işçilərinin dediyinə görə, Herkules C-130 tipli hərbi yük daşıyan təyyarə Əlcəzair şəhərindən 35 kilometrlik məsafədə yerləşən Beni Mered məntəqəsinə düşmüşdür. Aviasiya rəsmilərinə istinad eən Assoşieyted Press agentliyi bildirib ki, təyyarənin uçuş hey’ətinin beş üzvü ölənlər arasındadır. Hadisə yerinə yaxın ərazidə bir neçə adamın yaralandığı xəbər verilir. Rəsmi nümayəndələr təyyarənin qəzaya uğramasının səbəblərini araşdırırlar.

XS
SM
MD
LG