Accessibility links

İraqın Fəllucə şəhərindəki məsciddə güclü partlayış baş verib - 2003-07-01


Azı beş nəfərin öldüyü və bir neçəsinin də yaralandığı xəbər verilir. Minlərlə şəhər sakini küçələrə çıxaraq, Amerika əleyhinə şuarlar qışqırıblar. Əl-Həsən məsçidində gecəyarısı partlayışa nəyin səbəb olduğu hələlik aydın deyil. Partlayışın mərkəzi məscid yaxınlığındakı kiçik bir binada olub. Şahidlər məscidin Birləşmiş Ştatlarin hava zərbəsinə məruz qaldığına inanırlar. Lakin Amerika hərbi qüvvələrinin rəsmi nümayəndəsi Asoşeyted Press agentliyinə bildirirb ki, ilkin sübutlar partlayışın binanın içərisindən gəldiyinə işarə edir. Bu gün səhər isə Bağdadda Birləşmiş Ştatlara məxsus hərbi avtomobil hücuma məruz qalıb. Partlayış nəqliyyat vasitəsini məhv edib. Şahidlər yaxınlıqda olan mülki avtomobilin də alov içində olduğunu bildirirlər. Ehtimallara görə partlayışa səbəb qumbaraatandan açılan atəş olmuşdur. Koalisiya qüvvələri gündəlik hücumlara son qoyulması məqsədi ilə yeni əməliyyata başlayıblar. “Səhrada Zərbə” adlı əməliyyatin artıq üçüncü gün getməsinə baxmayaraq, koalisiya qüvvələrinə qarşı hücumlar davam edir.

XS
SM
MD
LG