Accessibility links

S.Berluskoni AP qarşısında çıxış edib - 2003-07-02


Avropa Birliyinin prezidentliyini təhvil alan İtaliyanın baş naziri Silvio Berluskoni bu gün Strasburqda Avropa Parlamentində çıxış edib. Cənab Berluskoni birliyin prezidenti kimi ölkəsi qarşısında duran məqsədlərdən danışarkən bir neçə qanunverici əlində “Qanun qarşısında hamı bərabərdir” sözləri yazılmış plakat tutmuşdu. Xatırladaq ki, baş nazir Berluskoni İtaliyada korrupsiya ittihamları ilə üzləşib. Bu isə onun Avropa Birliyinə başçılıq qabiliyyətini sual altına alır.

XS
SM
MD
LG