Accessibility links

MSK RƏSUL QULİYEVİ PREZİDENTLİYƏ NAMİZƏD KİMİ QEYDƏ ALMAQDAN İMTİNA EDİB - 2003-07-02


BAKI/02.07.06/TURAN: Məcburi mühacirətdə olan ADP lideri Rəsul Quliyev MSK-da prezidentliyə namizədliyinin təsdiq edilməsindən imtina ediməsini "seçkilərin saxtalaşdırılmasının başlanğıcı" kimi dəyərləndirib. "Sözsüz ki, Heydər Əliyevin demokratik seçkilər keçirəcəyinə ümid etmək olmazdı. O, MSK-nın bu günkü qərarı ilə seçki kampaniyasının lap başlanğıcında dünyaya bəyan etdi ki, artıq seçkiləri saxtalaşdırmağa başlayıb"- deyə Quliyev TURAN-a telefonla verdiyi eksküliziv müsahibədə bildirib.

Bundan sonra hansı adımlar atacağı ilə bağlı sualın cavabında R.Quliyev söyləyib ki, o, bütün beynəlxalq qurumlara - AŞ, ATƏT, Avropa Parlamenti, BMT-yə və Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlı olan ölkələrə müraciət edərək onları prezident seçkilərinin saxtalaşdırılmasının qarşısının alınması üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağıracaq.

R.Quliyevin sözlərinə görə, bundan sonra ADP və onun tərəfdarları daha fəal etiraz aksiyaları keçirəcək. O bəyan edib ki, "istənilən variantda Azərbaycana dönəcək". "Heydər Əliyev, onun oğlu və tərəfdarları bilsinlər ki, mən istənilən variantda Azərbaycana gələcəm və seçkilərdə iştirak edəcəm. Mənim seçkilərdə iştirak etməməyim Azərbaycanda demokratik seçkilərin baş tutmaması kimi qəbul olunmalıdır. Necə olur ki, Heydər Əliyev və onun oğlu seçkilərdə iştirak edə bilir, ancaq böyük dəstəyə malik olan mən seçkilərdə iştirak edə bilmirəm. Bu mümkün deyil"-deyə o qeyd edib.

ADP lideri "Azərbaycana nə vaxt" dönəcəksiniz sualına "əvvəlki bəyantlarım qüvvədə qalır" - deyə cavab verib və ölkəyə nə vaxt qayıdacağını dəqiqləşdirməyib.

İlham Əliyevin namizədliyinin irəli sürülməsini şərh edən Quliyev bildirib ki, "seçkilərdə rəqib kimi ata və oğulun iştirakı ən böyük əxlaqsızlıqdır".

"Heydər Əliyev düşünür ki, oktyabradək sağ qalmaya bilər. Ona görə oğlunun namizədliyni irəli sürür. Hətta bir partiyanın üzvü olanlar, bir qədər dostluq əlaqələri olanlar, son iki yüz il ərzində belə addım atmayıb. Bu ümumiyyətlə seçki tarixində, demokratik sistemin tarixində ən böyük əxlaqsızlıqdır"-deyə o vurğulayıb.

Rəsul Quliyev "seçkilərdə iştirak etməsəniz tərəfdarlarınızı kimə səs verməyə çağıracaqsınız" sualına isə "seçkilərdə iştirak etməməyim mümkün deyil" -deyə cavab verib.--0--

XS
SM
MD
LG