Accessibility links

Buş baş nazir Abbasa təşəkkürünü bildirib - 2003-07-03


Prezident Buş bu gün Fələstinin baş naziri Mahmud Abbasla telefon söehbətində terror və zorakılığa qarşı tutduğu prinsipial mövqeyəinə görə ona öz təşəkkürünü bildirirb. Ağ Evin sözçüsü bildirirb ki, cənab Buş İsrailə qarşı hücum həyata keçirən fələstinlinin həbsinə görə cənab Abbasa təşəkkür edib. Cənab Buşun hansı həbsetmə əməliyyatına işarə etdiyi aydın olmasa da, radikal Həmas qrupunun internet səhifəsində bildirilir ki, Fələstinin təhlükəsizlik agentlikləri digər radikal qrup olan Əl-Aqsa Şəhidlər Briqadasının iki döyüşçüsünü həbs ediblər. Mənbəyə əsasən, döyüşçülər Qəzza zolağındakı yəhudi qəsəbəsini minamyotlardan atəşə tutmaqda ittiham ediliblər.

XS
SM
MD
LG