Accessibility links

Moskvada partlayışlar baş verib - 2003-07-05


Moskvanın şimalında rok musiqi festivalı zamanı bir neçə güclü partlayış nəticəsində 18 nəfər həlak olmuş, azı 20 nəfər də yaralanmışdır. Rusiya hökumətinin rəsmiləri bildiriblər ki, bomba partlayışları Moskvanın şimalındakı Tuşino aerodromunda baş verib. “Krılya” adlı rok musiqi festivalının açılışı münasibəti ilə oraya minlərlə pərəstişkar toplaşmışdı. Müxbirlər isə bildirirlər ki, milis partlayıçı maddələri bellərində gizlədən iki intiharçı qadını festivala daxil olmağa icazə verməmişdir. Rusiyanın İnterfaks xəbərlər agentliyi isə Moskva milisinin nümayəndəsi Valeri Grubakinə əsaslanaraq bildirmişdir ki, intiharçı qadınları festivala daxil olmağa icazə vermədikdən sonra onlar bədənlərinə bağladıqları bombaları partlatmışlar. Hadisə yerinə vertalyotla iki xilasetmə dəstəsi göndərilmişdir.

XS
SM
MD
LG