Accessibility links

Sinqapurda bitişik əkizlərin ayrılması əməliyyatı başlayıb - 2003-07-06


Sinqapurun Rafls xəstəxanasında tibb sahəsində indiyə qədər görünməmiş əməliyyat həyata keçirilir. 48 saat sürəcəyi ehtimal edilən bu əməliyyat zamanı həkimlər başından bitişik 29 yaşlı iranlı əkizlər Lalə və Ladan Bicanini ayırmağa çalışacaqlar. Sinqapur, ABŞ, Fransa, Yaponiya, İsveçrə və Nepaldan olan 28 mütəxəssis bütün gecəni əkiz bacıların beyinlərinə qan aparan çox mühüm qan damarını ayıraraq ikinci damar yaratmağa çalışıblar. Bunu həyata keçirmək üçün həkimlər bacılardan birinin ayağındakı qan damarını götürüblər. Ekspertlər bildirirlər ki, əməliyyat bacılardan birinin, ya da hər ikisinin özlümülə nəticələnə bilər.

XS
SM
MD
LG