Accessibility links

Amerika prezidenti Seneqaldadır - 2003-07-08


Beş Afrika ölkəsinə beş günlük səfərinin ilk dayanacağı Seneqalda olan prezident Buş Afrika kökələrinin keçmiş ötürücü düşərgəsi olan Goree adasında quldarlığın bəlaları və Afrika mənşəli amerikalıların xidmətindən danışmışdı.Prezident Buş adadakı kölə evində olmuşdur. Məhz buradan-geriyə qayıdışı olmayan bu yerdən milyonlarla afrikalı kölə keçmişdir. Avropa və Amerikaya satış üçün çeşidləndirilən qadın, uşaq və kişilərin saxlandığı kameralarda olan prezident bunu tarixdə “ən böyük cinayəsi” adlandırmışdır.“Yüz illər boyu müxtəlif qit’ələrin insanları burda qorxu və vəhşiliklə üzləşmişlər. Biz bu gün burada keçmişin səhvlərini unutmadan, dostluq və bəşəriyyətin azadlığına ehtiram göstərməyə toplaşmışıq”-deyə prezident demişdir.Prezident Buş adada seneqallı həmkarı prezident Abdoulayi Veydlə olmuşdur. Seneqal prezidenti seneqallı mühacirlərin Amerikadakı xidmətlərindən danışmışdır.Cənab Buş quldarlığa son qoyulması uğrunda mübarizə aparan insanların zəhmətini yüksək qiymətləndirərək, onların amerikalıları konstitusiyalarını dəyişib, övlədalarını hər bir irqin bərabərliyinə hörmət göstərməyə öyrətməyə təşviq etdiklərini demişdir.Prezident Buş demişdir ki, Amerikanın irqçilik problemlərinin çoxu həll edilmişdir. Hamı üçün azadlıq və ədalət əsas hədəf olaraq qalır.Amerika prezidenti Corc Buş Afrikanın müstəmləkəçiliyin təkəbbürlü siyasəti, apateidin qəddarlığına qələbə çaldığını demişdir. Prezident Buş demişdir ki, Amerika Afrika humanitar sahədə və QİÇS-lə mübarizəyə yardım etməklə, Afrikanın həmişə dünya ticarəti və ümumbəşər nailiyyətdə tamhüquqlu partnorluğuna təzminat verəcək.

XS
SM
MD
LG