Accessibility links

Səddam Hüseynin yeni kaseti səsləndirilib - 2003-07-17


Dubayda yerləşən Əl-Ərəbiyyə televiziya şirkəti Səddam Hüseynin səsi oduğu ehtimal edilən kaseti səsləndirib. Bu, Səddam Hüseyn Bağdadı tərk etdikdən sonra səsləndirilən üçüncü belə kasetdir. Hələlik kasetdəki səsin ona mənsub olduğu haqda dəlil yoxdur. Səddam Hüseynin səsi olduğu ehtimal edilən kasetdə danışan şəxs koalisiya qüvvələrini müqaviməti davam etdirməyə çağırmışdır. Burada həmçinin İraqın yeni müvəqqəti şurası tənqid edilmiş, Birləşmiş Ştatlar və Britaniyanın İraqın kütləvi qırğın silahlarına malik olması ilə bağlı iddiaları ətrafında mübahisələrə işarə edilmişdir. Kasetin 1968-ci ildə Bə’əs partiyasının İraqda hakimiyyətə gəlməsi gününün qeyd edilməsi məqsədilə yazıldığı düşünülür. Bağdadın küçələrində isə əvvələr bayram kimi qeyd edilən bu gün sakitlik müşahidə olunub. Bununla belə, sakinlər Bə’əs partiyasına sadiq qüvvələrin ABŞ əsgərlərinə qarşı hücumlar planlaşdırdığını eşitdiklərini söyləyirlər. Son günlər həqiqətən də, belə hücumlar olmuşdu, lakin keşik çəkən Amerika əsgərləri təhlükəsizilik tədbirləri gücləndirilsə də, heç bir problemin olmadığını bildirirlər.

XS
SM
MD
LG