Accessibility links

Çin Şimali Koreya ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a vasitəçi göndərir - 2003-07-17


Çin Şimali Koreyanın nüvə silahı proqramı ətrafında gərginliyiin aradan qaldırılması istiqmətində sə’yləri intensivləşdiriərək ABŞ-ın Dövlət katibi Kolin Pauellə görüşmək üçün xarici işlər nazirinin müavini Dai Binqqaonu Vaşinqtona göndərir. Yüksək səviyyəli nümayəndə bundan əvvəl Şimali Koreyaya səfər edərək Çin prezidenti Hu Jintaonun məktubunu ölkə rəsmilərinə çatdırmışdır. Məktub Çin prezidentinin Pxenyanın çoxtərəfli danışıqlara qatılması çağırışından ibarət idi. Aprel ayında Çin Birləşmiş Ştatlar və Şimali Koreya ilə üçtərəfli danışıqlara ev sahibliyi etmişdi. O zaman Pxenyan Vaşinqtonla birbaşa danışıqların keçirilməsinə tə’kid göstərmiş, Buş administrasiyası bu təklifi rədd etmişdi. Çərşənbə günü ABŞ və Çin rəsmiləri Şimali Koreyanın nüvə problemilə bağlı danışıqları davam etdirmək istədiyinə inandıqlarını ifadə etmişlər.

XS
SM
MD
LG