Accessibility links

Sao Tome və Prinsipidə vəziyyət tədricən normallaşır - 2003-07-17


Sao Tome və Prinsipidə demokratik seçkilər vasitəsilə hakimiyyətə gəlmiş hökumətin bərpası istiqamətində sə’ylər davam edir. Qərbi Afrikanın bu ölkəsində paytaxtdakı mağazalar və bazarlar bu gün yenidən açılıb. Lakin çərşənbə günündən hərbi çevriliş nəticəsində ələ keçirilmiş hava limanı bağlı qalır və üsyançı əsgələr devrilmiş prezident Fradik de Menezesin kabinetinin üzvlərinin çoxunu hələ də saxlamağa davam edirlər. Beynəlxalq ictimaiyyətin tənqidinə mə’ruz qalmış çevrilişin rəhbəri mayor Fernando Pereyra bu gün Nigeriyadan gəlmiş vasitəçi ilə görüşməyə razılıq verib.

XS
SM
MD
LG