Accessibility links

Jurnalistlərin Müdafiə Komitəsi Zəhra Kazeminin ölümü ilə bağlı istintaq aparılmasını tələb edir - 2003-07-19


Nyu Yorkda yerləşən Jurnalistlərin Müdafiə KomitəsiTehran xəstəxanasında vəfat edən İran mənşəli Kanada jurnalisti Zəhra Kazemi ilə bağlı açıq və tam istintaq aparılmasını tələb edir. Zəhra Kazemi iyunun 23-də Tehranin Evin həbsxanasının qarşısında dissidentlərin azadlığa buraxılması tələbi ilə keçirilən nümayişi çəkərkən həbs edilmişdi. Zəhra Kazeminin İranda işləmək icazəsi var idi. İran rəsmilərinin dediyinə görə səhhətindən şikayət edən jurnalist xəstəxanaya aparmişlar və orada keçən cümə günü vəfat etmişdir. Lakin Kazeminin qohumları və dostları onun həbs edildikdən sonra döyülməkdən öldüyünü deyirlər. Jurnalistlərin Müdafiə Komitəsi həftənin əvvəllərində yazdığı e’tiraz məktubundan sonra cümə axşamı bəyanatla çixiş etmişdir. Komitə Kazeminin vəfatı ilə bağlı açıq istintaq aparılmasına çağırmışdır və bildirmişdir ki, İran hökuməti bu məsələ ilə bağlı ziddiyyətli bəyanatlarla çıxış edir. İranın vitse prezidenti Kazeminin döyülməkdən öldüyünü bildirdiyinə baxmayaraq başqa rəsmi şəxslər, xarici işlər naziri də daxil olmaqla Kazeminin yerə yıxılıb başından xəsarət alması nəticəsində vəfat etdiyini bildirirlər. Komitə İran hökumətindən meyitin yarılmasini tələb edir. Eyni zamanda qrup bir neçə gün ərzində həbs edilmiş 6 jurnalistin işi ilə bağlı təhqiqat aparır.

XS
SM
MD
LG