Accessibility links

Toni Bleyer Asiya səfərini təxirə salmadı - 2003-07-20


Britaniyanın baş naziri Toni Bleyer Asiya səfərini yarımçıq qoyub geri qayıtması və Parlamentin yığıncağını çağırması təklifini rədd edib. Keçmiş silah müfəttişinin ölümü cənab Bleyerin şərqi Asiyaya səfərini kölgə altına almışdır. Yaponiyadan Britaniyanın Skay Nyuz xəbər agentliyinə müsahibə verən baş nazir Bleyer demişdir ki, Devid Kellinin ölümünə görə Parlament yığıncağının çağırılması məqsədəuyğun deyil. Britaniya polisinin dediyinə görə şənbə günü Devid Kellinin cəsədi onun İngiltərədəki evi yaxınlığında tapılmış və özü-özünü öldürdüyü müəyyən edilmişdir. Silah eksperti Kelli BBS-yə İraq müharibəsinə haqq qazandıran kəşfiyyat mə’lumatlarının şişirdilməsi haqda mə’lumat verilməsində ittiham edilirdi. Bu gün, səfərinin 2-ci günü Cənubi Koreyanın prezidenti Poh Mu-Hyunla görüşən cənab Bleyer ədliyyə orqanlarına Kellinin ölümü ilə bağlı istintaq aparılmasına göstəriş verib. Cənubi Koreyanın prezidenti ilə keçirdiyi birgə mətbuat confarnsında o, bu mübahisəli hadisənin təfərrüatlarına varmaq istəməmişdi. Bu skandal cənab Bleyerin Şərqi Asiya ölkələrinə səfərinin məqsədi-Şimali Koreyanın nüvə silahları ilə bağlı böhranının sülh yolu ilə həllinə dəstək toplamasından bir qədər yayındırmışdır. Cənab Bleyer Tokioda olduğu kimi Seulda da çoxtərəfli danışıqlar fikrini dəstəklədiyini demişdir. O demişdir ki, Cənubi Koreya və Yaponiya Çin, Amerika və Şimali Koreya ilə birlikdə böhranın həlli ilə bağlı müzakirələrdə iştirak etməlidirlər. Hər iki lider böhranın dinc yolla həll ediləcəyindən əmin olduqlarını dilə gətirmişlər. Bleyer dedi ki, kütləvi qırğın silahları və qeyri-stabil ölkələr məsələsi dünya ictimaiyyəti qarşısında duran çətinliklərdir və Şimali Koreya bunun bir hissəsidir. Britaniyanın baş naziri bu gün səfərinin son dayanacağı, Şimali Koreyanın yeganə müttəfiqi Çinə yola düşür.

XS
SM
MD
LG