Accessibility links

Vaşinqton Türkiyədən İraqa qüvvə göndərməsini istəyib - 2003-07-20


Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Birləşmiş Ştatların Türkiyədən İraqa ordu göndərməsini istədiyini deyib. Lakin mətbuat xəbərlərində deyilir ki, Türkiyənin cənubunda etdiyi çıxışında cənab Ərdoğan Türkiyənin İraqdakı beynəlxalq sabitləşdirici qüvvələr tərkibində türk əsgərlərinin iştirakına razılıq verilib-verilmədiyi haqda heç nə deməmişdi. Türkiyə mətbuatında bildirilir ki, 0 min türk əsgərinin sülhməramlı qüvvələr tərkibində İraqa göndərilməsi tələbini cümə günü Birləşmiş Ştatların Ankarada səfərdə olan iki generalı edib. Türkiyənin gələn həftə Vaşinqtona səfəri gözlənilən xarici işlər naziri Abdulla Gülün gündəliyində bu məsələnin yer alacağı təxmin edilir.

XS
SM
MD
LG