Accessibility links

İsrail fələstinli məhbusları azad etməyi planlaşdırır - 2003-07-20


İsrailin baş naziri Ariyel Şaron və onun fələstinli həmkarı Mahmud Abbas bu gün Qüdsdə görüş keçiriblər. Görüşün diqqət mərkəzində İsrail həbsxanalarında saxlanan fələstinli məhbusların azadlığa buraxılması məsələsi olub. Liderlər görüşdən sonra müxbirlərə açıqlamalar verməyiblər. Lakin İsrailin rəsmi nümayəndələrinin bildirdiyinə görə, İsrailin Nazilər Kabinetinin məhbuslar məsələsi ilə məşğul olan komitəsinin çərşənbə gününə tə’yin olunmuş iclasından əvvəl məhbusların azadlığa buraxılması haqda heç bir qərar verilməyib. İsrail beynəlxalq plana əsasən gələn həftələr bir neçə yüz məhbusu azad etməyi planlaşdırır. Fələstinlilər İsrailin saxladığı səkkiz yüzə qədər məhbusun hamısının azadlığa buraxılmasını tələb edir.

XS
SM
MD
LG