Accessibility links

Vaşinqton Şimali Koreyaya heç bir təzminat vermir - 2003-07-22


Ağ Ev nüvə proqramlarına son qoyulduğu təqdirdə Şimali Koreyaya hücum edilməyəcyi ilə bağlı təzminat vermək istədiyi barədə xəbərləri təkzib edir. Ağ Evin sözçüsü Skot Məklellan bildirib ki, Buş administrasiyası Şimali Koreyaya beynəxalq öhdəliklərinə əməl etməyincə heç bir təzminat verməyəcək. Nümayəndə “Vaşinqton Post” qəzetinin Amerika nümayəndələrinə istinadən Ağ Evin Şimali Koreyaya hücum etməyəcəyi ilə bağlı rəsmi təzminat verilməsi məsələsini nəzərdən keçirildiyini ilə bağlı mə’lumatına cavab olaraq bu sözləri demişdir. Qəzet yazmışdı ki, təzminat Şimali Koreyaya Pekində Cənubi Koreya, Yaponiya, bəlkə Rusiyanın iştirakı ilə keçiriləcək danışıqlar zamanı təqdim ediləcək. Cənab Maclellan mə’lumatın dəqiq olmadığını demiş, Buş administrasiyasının Şimali Koreyanın şantajlarına uymayacağını bildirmişdir. Prezident Buş böhranın həlli üçün çoxtərəfli danışıqlar keçirilməsinə çalışaraq, Çin, Cənubi Koreya və Yaponiyanın nüvə silahlarının qəbuledilməzliyi ilə bağlı səslərini ucaltmalarını istəyir. Bu gün Pekində Çin nümayəndələri ilə görüşündən sonra Britaniyanın baş naziri Toni Bleyer müxbirlərə Şimali Koreya ilə bağlı danışıqların yeni mərhələsinin gələn həftələr ərzində keçiriləcəyini demişdir.

XS
SM
MD
LG