Accessibility links

Mahmud Abbas Amerikanın dəstəyini əldə etməyə çalışacaq - 2003-07-22


Fələstinin baş naziri Mahmud Abbas deyib ki, Birləşmiş Ştatlardan İsrailin sülh və’dlərinə əməl etməsi üçün təzyiq göstərməsini istəyəcək. Baş nazir bunu bu gün Ərəb Liqasının baş katibi Əmr Musa ilə görüş keçirdiyi Qahirədə deyib. Cənab Abbas cümə günü Vaşinqtonda prezident Buşla görüşü zamanı “yol xəritəsi” adlı sülh planının şərtlərinə əməl edilməsinə vaxt qoyulmasını istəyəcəyini bildirib. O, İordan çayının qərb sahilindəki qeyri-qanuni yahudi məskunlaşmasının dondurulması, yeni tikintilərin dayandırılması, İsrail qüvvələrinin tədricən Fələstin şəhərlərindən çıxarılmasına Amerikanın dəstəyini əldə etməyə çalışacağını deyib.

XS
SM
MD
LG