Accessibility links

Amerika-Türkiyə münasibətlərini nizama salmaq səyləri davam etdirilir - 2003-07-22


İyulun 4-ü Amerika hərbi qüvvələrinin Türkiyə xüsusi qüvvələrinin 11 üzvünü həbs etməsindən sonra hər iki ölkənin yüksək səviyyəli hərbi nümayəndələri bəyanatla çıxış edib baş vermiş hadisəyə görə təəssüf hissi keçirdiklərini bildirdilər. Türkiyənin xarici işlər naziri Abdulla Gül Amerikanın bu addımını böyük səhv adlandırdı. Abdulla Gül ABŞ rəsmilərilə görüşlər kelirmək üçün bu gün Birləşmiş Ştatlara yola düşüb. Təhlilçilər hesab edirlər ki, ABŞ və Türkiyə arasında münasibətləri bərpa etmək asan olmayacaq. .

İsraildən sonra Birləşmiş Ştatların Yaxın Şərqdə Türkiyədən başqa yaxın dostu olmamışdır. Türkiyə soyuq müharibə dövründən ən yaxın müttəfiq, regionda qonşu ölkələrə nümuunə olacaq yeganə demokratik bir ölkədir. Lakin Səddam Hüseyn əleyhinə müharibə başladı və böyük dəyişikliklər baş verdi. Türkiyənin İraqa qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün Amerika əsgərlərinə öz ərazisindən istifadə etməyə icazı verməməsi Birləşmiş Ştatlarda qəzəb və təəccübə səbəb olaraq, ABŞ-ı son anda strateji planları dəyişməyə vadar etdi. Müdafiə nazirinin müavini Pol Volfovits Türkiyənin səhvə görə üzr istəməli olduğunu və hərbiçilərin öz rəhbərliyini daha güclü şəkildə nümayiş etdirməli olduqlarını bəyan etdi. Bundan sonra Türkiyə öz qəzəbini ifadə etdi. Gərginlik Amerika hərbi qüvvələrinin İraqın şimalında kürd liderlərinə qarşı sui-qəsd palnlaşdırmaq ittihamı ilə Türkiyə hərbiçilərini həsb etməsilə yüksək səviyyəyə çatdı. Hərbiçilər azad edildi, ehtiraslar soyudu, amma Amerika-Türkiyə münasibətləri düzəlmədi. Fərqlər çox dərindir. Bunu Vaşinqtondakı Strateji və beynəlxaql araşdırmalar mərkəzində Türkiyə layihələrinin direktoru Bülent Əlirza deyir. "İndi burada soyuq müharibə dövrünün faktorlarının mövcud olmdaığı bir vəziyyət görürük. Körfəz müharibəsi zamanı və ondan sonra möhkəmlənmiş münasibətlər də yoxa çıxıb və mart ayında Türkiyənin Milli Assambleyasının İraqa qarşı müharibədə Amerika-Türkiyə əməkdaşlığını ratifikasiya etməkdən imtina etməsindən sonra tərəflərin münasibətləri yenidən nəzərədn keçirməsi lazımdır." Türkiyə, habelə müharibədən sonrakı İraqda vəziyyətdən narahatdır-deyə Bülent Əlirza əlavə edir. Türkiyə İraqın şimalında kürdlərin muxtariyyət və hətta müstəqillik əldə etməyə nail olub cənubi-şərqi Türkiyədə kürd hərəkatını gücləndirə bilmələrindən narahatdır. Vaşinqton Türkiyəni inandırmağa çalışır ki, İraqın bölünməsi baş verməyəcək. Lakin bu, İraqın bütövlüyünü təmin edə biləcək təsirli mərkəzi hökumətin yaradılmasından asılı olacaq. Mərkəzi Kəşfiyyat agentliyində yüksək vəzifədə çalışmış, hazırda təhlilçi Qraham Fuller hesab edir ki, bununla yanaşı, Türkiyə müharibədən sonrakı İraqda heç bir rol oynamır. "Vaşinqtonun baxışı indan ibarətdir ki, masa arxasında Türkiyəyə yer yoxdur və əslində, bu masanın heç özü də mövcud deyil. Birləşmiş Ştatlar İraqda gələcəkdə qüvvələrin necə yerləşdirilməsi məsələsində yalnız özünü başda görür. Odur ki, Vaşinqton Türkiyəyə yalnız mane yarada biləcək bir faktor və potensial olaraq riskli amil kimi baxır. Buna görə də, Vaşinqton kürdləri və kürd regionunu ölkədə ən az problem yaradacaq bir amil kimi götürür." Qraham Fuller amerikalıların mərkəzi İraqda sünnülər və cənubda şiələrlə problemlərlə qarşılaşdıqlarını qeyd edir. Təhlilçi əlavə edir ki, Türkiyənin hərbi qüvvələrinin yüksək səviyyəli nümayəndələri əvvəllər ABŞ-la yaxın əlaqələrə görə, indi belə bir şəkildə proseslərdən kənarlaşdırılmasından dərin narahatlıq keçirirlər. Digər tərəfdən, əgər Türkiyə Amerikaya ehtiyac duyursa, məsələlər başqa şəkil də ala bilər. Əslində, Vaşinqton indi türk əsgərlərinin yardım məqsədilə İraqa göndərilməsini istəyir. Türkiyə öznün geosiyasi əhəmiyyətini göstərir. Türkiyənin digər ölkələr kimi, İraq müharibəsinə müdaxilə etməməsi ölkənin daxili siyasi maraqları ilə izah olunurdu. İctimai rə’y sorğuları xalqın müharibənin qəti əleyhinə olduğunu göstərirdi. Digər tərəfdən, Türkiyə Avropa Birlyinə üzv olmağa çalışır. Türkiyənin liderləri Birləşmiş Ştatların əhəmiyyətini başa düşürlər, lakin Avropa Birliyinə üzv olmaq ölkənin daxili siyasətinin formalaşmasında əsas faktordur. Qraham Fuller deyir ki, Vaşinqton Türkiyədə dünyəviçi hökumətin mövcudluğuna üstünlük verir. İndi ölkədə hərbi rəhbərlik islamçı hökumətdən şikayət edir. Strateji və Beynəxalq araşdırmalar mərkəzindən Bülent Əlirza qeyd edir ki, indi Türkiyədə hərbi rəhbərlik və hökumət Vaşinqtonla münasibətlərin gərginləşməsinə görə bir-birini ittiham edir. Lakin hər iki tərəf münasibətləri nizama salmağın lazım olduğunu e’tiraf edir. Əhali isə Birləşmiş Ştatların dəstəyinin vacibliyini bilir. Təhlilçilərin gəldiyi nəticələr budur ki, həm Türkiyə, həm Amerika münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atmalıdır və Türkiyə əsgələrinin saxlanması kimi insidentlər belə görünür, baş verməcəyək.

XS
SM
MD
LG